• $
  • £

Dünyaca məşhur idamn nəşri "Qarabağ" haqda məqalə dərc edib

Dünyaca məşhur idamn nəşri
28.05.2020 19:44
Məqalədə komandanın Ağdamdakı stadionundan da bəhs olunub

Nüfuzlu "FourFourTwo" nəşri "Qarabağ" klubu haqda məqalə dərc edib. "Report"un məlumatına görə, məqalədə ilk olaraq komandanın təmsil etdiyi Ağdam rayonu haqda məlumat verilib.

Məqalədə yerli əhalinin doğma yurd-yuvalarını məcburiyyətdən tərk edərək ölkənin başqa bölgələrinə getdikləri bildirilib. "Qarabağ"ın ilk olaraq ev oyunlarını Ağdamda keçirdiyi, lakin ermənilərin işğalından sonra komandanın Bakıda çıxış etdiyi xatırladılıb. Yazıda Ağdam təmsilçisinin xüsusilə 2014 və 2015-ci ildə qazandığı uğurlardan, Qurban Qurbanovun rəhbərliyi ilə komandanın Avropa Liqasına vəsiqə qazanmasından bəhs olunub. Müəllif "Qarabağ"ın "Qafqazın "Barselona"sı" adlanmasından da bəhs edib.

Qara Qarayevin qarabağlı olduğu bildirilən yazıda Rəşad Sadıqov "Qarabağ" müdafiəsinin vacib oyunçusu kimi fərqləndirilib. Bundan başqa, məqalədə komandanın yerli və legioner üzvlərindən bəhs edilib, Qurban Qurbanovun məşqçiliyindən danışılıb və onun Pep Qvardiolanın azarkeşi olduğu vurğulanıb.
Yazıda güman olunur ki, "Qarabağ" Ağdama qayıdacağı və orada çıxış edəcəyi təqdirdə, stadiona müharibədən əvvəl komandada futbolçu kimi çıxış etmiş, daha sonra baş məşqçi kimi fəaliyyət göstərmiş, müharibə zamanı isə döyüşlərə qoşulan və şəhid olan Allahverdi Bağırovun adı veriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol