• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ruhanidən açıqlama: “Düşmən münasibətləri azaldırıq”

Ruhanidən açıqlama: “Düşmən münasibətləri azaldırıq”
21.09.2015 19:37
ABŞ və İran nüvə proqramı üzrə yekun sazişin imzalanmasından sonra qarşlıqlı əlaqələrdə düşmənçiliyin azaldılması üçün ilk addımları atıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu CBS telekanalına İran prezidenti Həsən Ruhani bildirib.  
"Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.Biz düşmənçiliyin və qərəzin dərəcəsinin azaldılmasına tərəf gedirikmi? Mən hesab edirəm ki, biz düşmən münasibətlərin azaldılmasına tərəf ilk təşəbbüsləri göstərmişik”,-deyə Həsən Ruhani söyləyib.  

Onun sözlərinə görə İranın nüvə proqramına dair əldə olunmuş razılığa baxmayaraq, tərəflər arasında hələ də fikir ayrılıqları mövcuddur. 

Prezident ölkəsinin parlamentinin İranla "altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) arasında əldə edilmiş razılaşmanı təsdiq edəcəyinə əminliyini də ifadə edib.  

"İctimai rəy sorğularına görə, bizim insanlarımızın əksəriyəti bu razılaşmanı müsbət qiymətləndirirlər. Ölkənin parlamenti də bu rəylərdən uzaq deyil”.  

Qeyd edək ki, bu ilin iyulunda Vyanada İranla "altılıq” ölkələri arasında rəsmi Tehranın nüvə siyasətinə dair yekun saziş imzalanıb.  

Razılaşmaya görə İran nüvə proqramını məhdudlaşdırmalı və buna adekvat olaraq Qərb Tehrana qarşı sanksiyaları aradan qaldırmalıdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol