• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Qubanın Qımılqışlaq kəndində yerli gənclər üçün təlim

Qubanın Qımılqışlaq kəndində yerli gənclər üçün təlim
21.09.2015 17:40
"Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Kənd gəncləri üçün fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində Quba rayonunun Qımılqışlaq kəndində təlim sessiyası keçirilib. 

Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı ilə birgə təşkil olunub. Tədbirdə Qımılqışlaq kəndində yaşayan 25 fəal gənc iştirak edib.

Təlim iştirakçıların gənclər siyasəti haqqında məlumatlılığının artırılması, istedadlı gənclərin üzə çıxarılması, ictimai fəallılığının və təşəbbüskarlılığının artırılması, gənc təlimçilər şəbəkəsinin formalaşdırılması, liderlik məktəbinin yaradılması məqsədilə təşkil olunub.

Tədbirə Quba rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Qımılqışlaq kənd bələdiyyəsinin nümayəndələri, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, ARGTMŞ-ın "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının koordinatoru Faiq Əmirəliyevin açılış nitqləri ilə başlanılıb. Daha sonra "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı keçirilib və iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. Təqdimat başa çatdıqdan sonra təlim sessiyasına start verilib.

Təlimin əvvəlində gənclərə Azərbaycan gənclər siyasəti, gənclərlə bağlı Dövlət Proqramları, könüllülük hərəkatı haqqında məlumat verilib, gənclərin inkişafı üçün ölkəmizdə münbit şəraitin olduğu bildirilib. Keçirilən praktiki məşğələlər, komanda oyunları vasitəsilə onların bilikləri möhkəmləndirlib və liderlik bacarıqları inkişaf etdirilib. Həmçinin, gənclər onları düşündürən suallara cavab tapmaq imkanı əldə ediblər. Sonda tədbir iştirakçılarının təltifolunma mərasimi keçirilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilmişdir. Bunu nəzərə alaraq, "Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir. Bu günə qədər proqram çərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı kəndlərində 100-dən çox gəncin iştirakı ilə baş tutub

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakıda atəşfəşanlıq olacaq
Cəmiyyət 10:57
Sabah Bakıda atəşfəşanlıq olacaq
Masallıda kanaldan meyit tapılıb
Cəmiyyət 10:24
Masallıda kanaldan meyit tapılıb
Səhiyyə Nazirliyindən çağırış:gigiyenik qaydalara ciddi riayət edin!
Cəmiyyət 10:00
Səhiyyə Nazirliyindən çağırış:gigiyenik qaydalara ciddi riayət edin!
Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:51
Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb
Cəmiyyət 09:42
Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol