• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Fəxri sədr Avropa Parlamentinə etiraz məktubu göndərib

Fəxri sədr Avropa Parlamentinə etiraz məktubu göndərib
22.09.2015 10:25
"Bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Avropa İttifaqının regiondakı gücünü azaldır”

Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Marten Şultsa etiraz məktubu ünvanlayıb. Bu barədə APA-ya Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib.  
 
Məktubda deyilir:
 
"Cənab sədr Şults. Sizinlə həm Azərbaycanda qadınlarla bağlı həyata keçirdiyim fəaliyyət haqqında təəssüratlarımı (uzun illərdir qadın hüquqları sahəsində çalışıram), həm də Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfümü bölüşmək istərdim. Azərbaycan xalqı özünü avropalı hiss etmək istəyir, lakin bizim addımlarımız onları yenidən Rusiyanın təsiri altına atır.
 
Bir qrup azərbaycanlı qadınla birlikdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməni oxudum. Tərəfdaşlar arasında olan problemlərin və məsələlərin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır. Avropa İttifaqının Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Aİ-nin regiondakı gücünü azaldır. Əgər biz müsbət bir nəticənin əldə olunmasını istəyiriksə, Azərbaycanla əlaqə vasitələrimizi açıq saxlamalıyıq: Azərbaycan və digər Şərq tərəfdaşlarımızla daha yaxşı dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin görürəm ki, Avropa Parlamentinin qətnaməsi Aİ və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib. Bu fakt bir çoxlarını, o cümlədən Aİ ilə daha yaxın əməkdaşlığı dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə verməyəcək. Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır və əgər biz konkret nəticələr görmək istəyiriksə, bu proses konstruktiv şəkildə baş verməlidir”.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol