• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AFFA-nın baş katibi "Sumqayıt"ın prezidenti ilə münasibətlərindən danışdı

AFFA-nın baş katibi
22.09.2015 12:30
"Əməkdaşlarımıza klublardan çoxsaylı iş təklifi gəlir. Kim gedir, kim getmir, bu, onların öz seçimidir". Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O bildirib ki, qurumun sabiq əməkdaşları Elnur Məmmədovla Kamran Quliyev də belə təkliflər nəticəsində "Sumqayıt"la "Neftçi"yə keçiblər. Baş katib hər iki şəxslə münasibətlərinin tarixçəsini də nəql edib. AFFA rəsmisi "Neftçi"nin hazırkı icraçı direktorunu hələ "İrəli" İctimai Birliyində çalışdığı vaxtdan çox fəal gənc kimi tanıdığını bildirib: "Mən baş katib vəzifəsinə gəldikdən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevlə məsləhətləşdik və ona federasiyanın infrastuktur üzrə meneceri vəzifəsini təklif etdik. Bu 2008-ci ildə oldu. O, da təklifi qəbul etdi. Bəziləri deyir ki, dostuq. Açığı, onunla mənim hər zaman peşəkar münasibətimiz olub, yəni şəxsi, dostluq münasibətimiz yox idi. Gəldi, AFFA-da işlədi və nəticələr verdi. İşinə çox peşəkar yanaşırdı. Sonra birbaşa "Neftçi" klubunun rəhbərliyi tərəfindən təklif gəldi. Sadıq Sadıqov da onu tanıyırdı və "Gəlsə, pis olmazdı" deyirdi. O anda bizdə problem yarandı. Çünki bizə həmin vəzifəyə bir insan lazım idi. Çünki Elnur Məmmədovun təcrübəsi kifayət qədər idi və işinin peşəkarı idi. Ancaq seçim onun idi. Deyəndə ki, kiminsə kadrı, bəli, bu sirr deyil ki, biz birgə işləmişik. Ola bilər ki AFFA-da işləyən hansısa insan başqa bir işə getsin. Bu, o demək deyil ki, Elxan Məmmədovun kadrıdır. Sonra onunla danışdıq. Dedim "Bilirəm sənə təklif gəlib, Sadıq müəllimlə görüşmüsən. Getmək istərdin, ya yox? Seçimin nə olsa, ona hörmətlə yanaşacağam". O isə bildirdi ki, istəmirəm ürəyinizdə inciklik qalsın. Mən də dedim: "Qalmaz. Əksinə, sevinərik ki, AFFA-nın əməkdaşı klubda çalışır".

K.Quliyevə gəldikdə, baş katib "Sumqayıt" klubunun hazırkı prezidenti ilə hələ tələbəlik illərindən tanışlıq münasibətlərinin yarandığını söyləyib: "Bəli, onu çoxdan tanıyıram. Kamranla Şimali Kiprdə təhsil aldığımız vaxt tanış olduq. Sonra mən İngiltərə ali təhsil üçün getdim. Ancaq 6-7 ay onunla bir oxudum və o vaxtdan tanışıq. O, futbolun çox böyük fanatıdır. Müxtəlif işləri var idi. Biz futbolda işləyəndən sonra, 2011-ci ildə AFFA-ya gəldi. İnzibati İşlər üzrə şöbənin rəisi oldu. Sonra 17 yaşadək qızlar arasında futbol üzrə 2012-ci il dünya çempionatı ilə bağlı işlərdə çalışdı. Ardından "Sumqayıt"ın baş sponsoru "Azərikimya" bizə müraciət etdi ki, klub prezidenti AFFA-dan olsun. Bu, bizim üçün böyük komplimentdir. Biz AFFA olaraq, klub olaraq birbirimizə dəstək olmalıyıq. Özü də dedi ki, klub rəhbəri olmaq onun arzusudur. Nəticədə "Sumqayıt"da işləməyə getdi".
Elxan Məmmədov bütün səfərlərə Kamran Quliyev və Elnur Məmmədovla çıxdığına dair söz-söhbətləri ilə zarafatla cavablandırıb: "Bu yaxınlarda Maltaya birgə getməmişdik ki..."

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol