• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Zakir Qaralov Avropa Parlamentinə etiraz etdi

Zakir Qaralov Avropa Parlamentinə etiraz etdi
22.09.2015 12:44
İsveçrənin Sürix şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) Senatının və İcraiyyə Komitəsinin iclasları, o cümlədən BPA-nın 20-ci yubiley İllik Konfransı və Ümumi Yığıncağı keçirilib.

Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilir ki, tədbirlərdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun və baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Tədbirin təntənəli açılış mərasimində İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa və BPA-nın prezidenti Qerhard Yaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların vacib rolunu qeyd ediblər, Assosiasiyanın 20 illik tarixinə nəzər salınıb.

Konfransın plenar iclasında çıxış edən Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizənin dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edərək, ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasını, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını diqqətə çatdırıb.

Bundan başqa, baş prokuror çıxışında Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək ikili standartlar siyasətinin bariz nümunəsi olan bu sənədin qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamı olduğunu qeyd edib.

Bu qətnamə ilə bağlı Azərbaycan nümayəndə heyəti adından müvafiq bəyanat tədbir iştirakçıları arasında yayılıb.

Bəyanatda qeyd olunub ki, son zamanlar Azərbaycan Respublikasında bir sıra iqtisadi, vergidən yayınma və vəzifə cinayətləri törətmiş qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslərin fəaliyyəti istintaq orqanları tərəfindən ifşa edildikdə və məhkəmələr tərəfindən qanunla nəzərdə tutulmuş qaydada qərarlar qəbul edildikdə bəzi beynəlxalq qurumlar tərəfindən subyektiv mülahizələrə əsaslanan birtərəfli və qərəzli münasibət bildirilir. Avropa Parlamenti kimi mühüm bir təsisat tərəfindən məhkəmə və istintaq orqanlarının fəaliyyətinin əsasını təşkil edən qanunun aliliyi və ədalət mühakiməsinə müdaxilənin yolverilməzliyi kimi mühüm prinsiplərə riayət etmədən 10 sentyabr 2015-ci il tarixdə Azərbaycan haqqında belə qətnamənin tələsik qəbul edilməsi təəccüb hissi doğurduğu bildirilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Nazirliklərdən birinin adı dəyişdirildi
Siyasət 05:24
Nazirliklərdən birinin adı dəyişdirildi
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Siyasət 04:21
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Kerridən Qarabağla bağlı çağırış
Siyasət 03:55
Kerridən Qarabağla bağlı çağırış
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Siyasət 02:59
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Siyasət 00:57
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Siyasət 22:39
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol