• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görüldü

BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görüldü
22.09.2015 14:45
Bakı Ali Neft Məktəbinə 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015/2016-cı tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, BANM-in  17 nəfər tələbəsi bu ada layiq görülüb. Onlardan doqquz nəfəri "Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə, "Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. 

Xatırladaq ki, ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal  toplayan 7 tələbədən üçü Bakı Ali Neft Məktəbinə qəbul olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol