• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azercell daha iki jurnalisti Londonda təhsil almağa göndərir

Azercell daha iki jurnalisti Londonda təhsil almağa göndərir
08.10.2015 16:06
Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi Jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb. 

Oktyabrın 7-də keçirilən mətbuat konfransına Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev də qatılaraq bu layihənin KİV nümayəndələrinin ingilis dili biliklərinin inkişafına kömək etdiyini və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olduğunu vurğuladı və növbəti illərdə də ingilis dili kurslarının davam edəcəyinə ümid etdiyini söylədi.

Sonra bu il ingilis dili kursunu uğurlu başa vuran 73 jurnalistə sertifikatlar təqdim olundu. Eyni zamanda, imtahanlarda yüksək nəticələr göstərən jurnalistlərin adları açıqlanaraq, onların Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndərilməsi barədə məlumat verildi. Bu il Londona səfər edəcək qalib jurnalistlər ATV telekanalının əməkdaşı Səma Əhmədova və "Palitra” qəzetinin müxbiri İlkin Ağayev oldu.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Azercell şirkətinin dəstəyilə İngilis dili kurslarına növbəti qeydiyyat isə oktyabrın 8-dən başlayır. Qeydiyyat üçün media nümayəndəsindən vəsiqəsinin surəti, iş yerindən arayış və dərc olunmuş son üç məqaləsini Kaspi Təhsil Şirkətinə təqdim etməsi tələb olunur. Son qeydiyyat tarixi 21 oktyabrdır.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol