• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev fövqəladə toplantı keçirdi

İlham Əliyev fövqəladə toplantı keçirdi
18.10.2015 20:56
Bu gün Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirib.

"Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün bazar günü olmasına baxmayaraq dövlət başçısı işə çıxıb.

Məlumatlara görə, toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub.

Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.
Digər məlumatlara görə, dünən prezident Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub.

Məhz həmin ərəfədə də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirildiyi qeyd edilir.

Onu da əlavə edək ki, bu hadisələr dövlət başçısının Qazaxıstan səfərindən geri qayıtmasından dərhal sonra baş verib.

Bütün bunlarla bağlı dövlət qurumları tərəfindən xüsusi açıqlamanın veriləcəyi gözlənilir. Azərbaycan ictimaiyyəti nazirin işdən çıxarılmasının təfərrüatları və baş verənlərlə bağlı məlumatlandırılacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daily Caller: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır
08:52
Daily Caller: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır
03:14
"G-20 sammitində iştirakımız Azərbaycana uğur gətirəcək” - EKSPERT
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
03:12
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev rəis müavinini işdən çıxardı - QƏRAR
22:18
İlham Əliyev rəis müavinini işdən çıxardı - QƏRAR
21:00
"Qondarma "erməni soyqırımı”nın tanınması daha çox Azərbaycana təsir edəcək” - MÜSAHİBƏ
1 ay ərzində
15:12
1 ay ərzində "MTN işi" adı altında həbs olunanlar - SİYAHI
İlham Əliyev: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”
00:29
İlham Əliyev: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”
NATO Qarabağ münaqişəsinə qarışacaqmı? - AÇIQLAMA
14:45
NATO Qarabağ münaqişəsinə qarışacaqmı? - AÇIQLAMA
MSK son nəticələri açıqlayır - YENİLƏNİR
13:26
MSK son nəticələri açıqlayır - YENİLƏNİR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol