• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Karlo Malakarne: ​"Snam"ın TAP-a marağı azalmayıb"

Karlo Malakarne: ​
29.10.2015 20:04
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində iştirak edən səhmdarların heç biri hələ öz payını satmaq fikrində deyil.
 
"Report" xəbər verir ki, bu barədə layihəyə maraq göstərən İtaliyanın "Snam" şirkətinin prezidenti Karlo Malakarne (Carlo Malacarne) deyib.

K.Malakarnenin sözlərinə görə, rəhbərlik etdiyi şirkət TAP-da pay almaqda maraqlıdır: "Baxmayaraq ki, "Snam"ın Trans-Adriatik Boru Kəməri layihəsinə olan marağı azalmayıb, amma hansısa səhmdar öz payını satmaq fikrində deyil".

Qeyd edək ki, "Snam" rəhbəri "Reuters"ə müsahibəsində TAP-da 20% pay almaq istədiklərini və bunun üçün təxminən 400 mln. avro ödəməyə hazır olduqlarını deyib.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev müsahibələrinin birində Norveçin "Statoil" şirkətinin öz payını satmaq istədiyini deyib. Bəzi məlumatlarda BP-nin də TAP-dan çıxmaq istədiyi, Malayziyanın "Petronas" şirkətinin isə bu layihənin payçılarından olmaq istədiyi qeyd edilir.

Xatırladaq ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol