• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Azərikimya" yaxın 4 ildə tam modernləşdiriləcək

30.10.2015 14:41
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin 2015-2019-cu illərdə modernləşməsi proqramını həyata keçirir.
 
"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda Azərbaycan kimya sənayesinin 70 illiyi ilə əlaqədar keçirilən tədbirdə qeyd edib. Onun sözlərinə görə, bu proqrama uyğun olaraq "Azərikimya"nın mövcud qurğularının tam modernləşdirilməsi həyata keçiriləcək.

"Bu modernləşdirmə Sumqayıt Kimya Parkında yaradılacaq yeni zavodların xammalla təminatı üçün vacibdir. Modernləşdirmə dövlət büdcəsinin dəstəyi ilə həyata keçiriləcək", - deyə şirkət rəhbəri qeyd edib.

R.Abdullayev görülən işlərdən danışaraq bildirib ki, köhnə sənaye aradan qaldırılaraq yeni sənayenin inkişafına başlanılıb və proqrama uyğun olaraq qarşıda modernləşmə daxil olmaqla bir sıra işlər görüləcək.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev isə əlavə edib ki, Birlik SOCAR-ın tabeçiliyinə verildikdən sonra xammala qənaət edilib, məhsulun maya dəyəri azalaraq rentabellik yüksəlib: "Müasir standartlara cavab verməyən, şəhərin ekologiyasına ziyan vuran qurğuların fəaliyyəti dayandırılıb. Yeni qurğular qurulub. Son 5 ildə əmək haqları 3 dəfə artırılıb".

M.Babayev Sumqayıt Kimya Parkında yaradılan "SOCAR Polimer" zavodundan danışaraq qeyd edib ki, bu müəssisə növünə və miqyasına görə bu sahədə son 40 ildə həyata keçirilən ən böyük layihədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol