• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​Azərbaycanın ən iri yataqlar blokundan 380 mln. ton neft çıxarılıb

​Azərbaycanın ən iri yataqlar blokundan 380 mln. ton neft çıxarılıb
04.11.2015 11:26
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan indiyədək 380 mln. ton neft, 714 mlrd. kubmetr qaz hasil edilib. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"Artıq 16 ildir ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində mənfəət neftindən gəlir əldə edir. İndiyədək dünya bazarına Azərbaycanın payına düşən 209 mln. ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır", - deyə X.Yusifzadə qeyd edib.

Onun sözlərinə görə, hazırda "Azəri-Çıraq-Günəşli" blokunda 85 işləyən quyudan gündə orta hesabla təxminən 87 min tondan artıq neft və 33 mln. kubmetrdən çox qaz hasil olunur. SOCAR rəsmisi qeyd edib ki, bu ilin 10 ayı ərzində AÇG üzrə 26 mln. ton neft hasil edilib və bunun 17 mln. tonu, yəni 65%-i Azərbaycanın mənfəət neftinin payına düşür. Bu ilin 10 ayında bu yataqlardan 10 mlrd. kubmetr qaz hasil edilib.

"Cari ilin noyabrın 1-dək dünya bazarına 396 mln. ton neft çıxarılıb ki, bunun da 288 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilib. Bu ilin 10 ayında isə Azərbaycandan dünya bazarına 28 mln. ton neft çıxarılıb ki, bunun da 24 mln. tonu BTC ilə nəql edilib", - deyə X.Yusifzadə bildirib.
Vitse-prezident qeyd edib ki, bu ilin sonunadək "AÇG" yataqlarından 385 mln. ton neft hasil ediləcək ki, bu da ilkin geoloji ehtiyatların cəmi 17%-i deməkdir. Onun sözlərinə görə, 2060-cı ildə isə 700 mln. tondan artıq neft hasilatı nəzərdə tutulur ki, bu da neftvermə əmsalının 50%-ə çatdırılmasına imkan yaradır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol