• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​Azərbaycanın ixrac etdiyi qazın həcmi açıqlandı

​Azərbaycanın ixrac etdiyi qazın həcmi açıqlandı
04.11.2015 11:49
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən indiyədək 66 mlrd. kubmetr həcmində təbii qaz, 17 mln. ton kondensat hasil edilib.

 "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans və sərgisində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X.Yusifzadə qeyd edib ki, hazırda "Şahdəniz" yatağında 7 işləyən quyudan gündə orta hesabla 29 mln. kubmetr qaz və 7 min ton kondensat hasil olunur. Onun sözlərinə görə, 2015-ci il noybarın 1-dək "Şahdəniz" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 4,8 mlrd. kubmetr, Türkiyəyə isə 36 mlrd. kubmetr qaz verilib.
X.Yusifzadə bildirib ki, bu ilin 10 ayı ərzində "Şahdəniz" yatağından Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 550 mln. kubmetr, Türkiyəyə isə 4,8 mlrd. kubmetr qaz nəql olunub. "Hazırda orta hesabla gün ərzində Gürcüstana 4 mln. kubmetr, Türkiyəyə isə 18 mln. kubmetr qaz verilir", - deyə SOCAR rəsmisi əlavə edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol