• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev avtomobil yolunun açılışında iştirak etdi

İlham Əliyev avtomobil yolunun açılışında iştirak etdi
04.11.2015 13:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

ANN.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5 milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə başlanıb. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10 metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4 metrini çiyin təşkil edir. Avtomobil yoluna 10 santimetr hündürlüyündə 2 qatdan ibarət asfalt-beton örtüyü döşənib.

Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.

Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verildi. Görülən işlər 2011-ci ildən həyata keçirilən layihənin - Zaqatala şəhərinin qədim hissəsinin – tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamıdır. 

Bu ərazidəki binaların böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 2014-cü ildən başlanılan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb. Binaların fasadları təbii çay daşı və kərpiclə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir.

Burada dövlətimizin başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verildi. Əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.

Sonra dövlətimizin başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol