• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Qaz çəkmək "ASAN"laşır

Qaz çəkmək
09.11.2015 10:12
Gələn ildən qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər "ASAN xidmət” vasitəsilə həyata keçiriləcək.

2016-cı il yanvarın 1-dən etibarən təbii qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər "ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, əsas məqsəd vətəndaşların rahatlığını təmin etmək və yarana biləcək problemlərin, neqativ halların qarşısını almaqdır. Artıq bununla bağlı "ASAN xidmət”lə danışıqların aparıldığını diqqətə çatdıran SOCAR-ın prezidenti deyib: "Bundan sonra kim evinə, təsərrüfatına və ya müəssisəsinə qaz çəkmək istəyirsə, lazım olan sənədləri toplayıb birbaşa "ASAN xidmət” mərkəzlərinə müraciət edərək və heç bir vəsait ödəmədən təbii qaz çəkilişinə icazə alacaq. Biz eşidirik, bəzən bu məsələ ilə bağlı vətəndaşlardan, iş adamlarından müəyyən vəsait tələb edirlər. Biz bununla ciddi mübarizə aparırıq. Məhz belə hallar yaranmasın deyə texniki şərtlərin verilməsini "ASAN xidmət” vasitəsilə həyata keçirməyi qərara aldıq”.

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı görülən işlərə də toxunan R.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq, Avropaya ilk Azərbaycan qazı göndərilənədək ölkənin bütün yaşayış məntəqələrinin, ən ucqar kəndlərin maksimum səviyyədə qazlaşdırılması üçün SOCAR tərəfindən xüsusi proqram həyata keçirilir. İndiyədək təsərrüfat sayı hesabı ilə artıq ölkənin 90 faizinin qazlaşdırıldığını deyən SOCAR-ın prezidenti deyib: "Qalan 10 faiz isə ucqar və, əhalisi az olan balaca kəndlərdir. Elə ucqar kəndlər var ki, 10 təsərrüfatı var, ora 50 kilometr uzunluğunda qaz xətti çəkmək iqtisadi cəhətdən heç cür sərfəli deyil. Biz yerli icra qurumları ilə birgə Azərbaycanın qazlaşdırılacaq bütün yaşayış məntəqələrinin xəritəsini hazırlayaraq ölkə rəhbərliyinə təqdim etmişik. 2018-ci ilə qədər Azərbaycanın qazlaşdırılması işini tam başa çatdıracağıq”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol