• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan Avropa ölkələrini qaçqınlara laqeydlikdə ittiham etdi

Ərdoğan Avropa ölkələrini qaçqınlara laqeydlikdə ittiham etdi
13.11.2015 18:16
Ərdoğan: Bəs, birdən Türkiyədə olan 2,2 milyon qaçqın Avropaya doğru hərəkət etsə, necə olacaq?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrini ittiham edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qardaş ölkənin başçısı avropalıları qapılarını qaçqınların üzünə bağlamaqda suçlayıb.

"Ümumdaxili məhsulu Türkiyədən daha çox olan ölkələr qapılarını qaçqınların üzünə bağlayıb. Onlar qaçqınlara xitabən "qoyun Egey və Aralıq dənizində boğulub ölsünlər" - deyib. Bəs, birdən Türkiyədə olan 2,2 milyon qaçqın Avropaya doğru hərəkət etsə, necə olacaq?", - Ərdoğan CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, noyabrın 15-16-da Antalyada keçiriləcək G20 ölkələrinin liderlərinin sammitində gündəlikdə duracaq əsas məsələ İŞİD terror qruplaşması ilə mübarizə olacaq. Türkiyə prezidenti, həmçinin miqrasiya böhranının həllində kömək ola biləcək Suriyanın şimalında təhlükəsiz zona yaradılması məsələsinə də toxunub.

Qeyd edək ki, noyabrın sonu - dekabrın əvvəllərində keçirilməsi gözlənilən miqrasiya üzrə növbəti sammitdə Avropa Birliyi ilə Türkiyənin ümumi fəaliyyət planı üzrə razılığa gələcəyi gözlənilir. Bu plana görə, 3 milyard avro məbləğində maliyyə yardımı, Türkiyənin AB-yə qəbul edilməsi ilə bağlı danışıqların sürətləndirilməsi və qısa zamanda vizaların ləğvi AB-nin üzərinə düşür.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol