• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News

Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
29.12.2025 09:18

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında aparılan danışıqlar Ukrayna liderinin Rusiya prezidenti Vladimir Putinlə beş ildən çox müddətdə ilk telefon danışığına səbəb ola bilər. Bu barədə Fox News telekanalı danışıqlarla tanış olan mənbəyə istinadən bildirib.

Mənbənin sözlərinə görə, Zelenski ilə Putin arasında birbaşa telefon əlaqəsinin təşkili Tramp üçün diplomatik baxımdan ciddi uğur kimi qiymətləndirilə bilər. Bildirilir ki, Ukrayna prezidenti Ağ Ev rəhbəri ilə Floridadakı Mar-a-Laqo iqamətgahında görüş ərəfəsində kifayət qədər gərgin olub.

Mənbə qeyd edib ki, Zelenski adətən bu cür yüksək səviyyəli danışıqlara ciddi hazırlaşır, Ukraynanın xarici siyasət qurumları tərəfindən hazırlanmış materialları ətraflı öyrənməyə vaxt ayırır.

Putin və Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar. Kremlin məlumatına görə, həmin söhbət Kiyevin təşəbbüsü ilə baş tutub və tərəflər Ukrayna daxili böhranının həlli ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.

Donald Tramp və Volodimir Zelenski Floridada, ABŞ prezidentlərinin iqamətgahı olan Mar-a-Laqoda görüş keçiriblər. Danışıqlardan sonra tərəflər Ukraynada hərbi əməliyyatlara son qoyulması üzrə mümkün razılaşma ilə bağlı mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdığını açıqlayıblar.

Bununla yanaşı, tərəflər nizamlamanın əsas parametrlərinin – ilk növbədə ərazi məsələsi və Donbasın gələcəyi ilə bağlı mövzuların hələ də açıq qaldığını etiraf ediblər. Tramp bildirib ki, bir neçə həftə ərzində danışıqların konkret razılaşmalarla nəticələnib-nəticələnməyəcəyi aydın olacaq.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol