• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan Paris terrorundan danışdı

Ərdoğan Paris terrorundan danışdı
14.11.2015 11:13
Rəcəb Tayyib Ərdoğan: Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik

"Parisdəki hadisə terrorizm mövzusunda uzun müddətdir dilə gətirdiyimiz həssaslığı ağır şəkildə ortaya qoymuş oldu. Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik. Artıq terrorizmlə mübarizə məsələsində sözün bitdiyi anda olduğumuzu xatırlatmaq istəyirəm". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransadakı terror hadisələrinə münasibət bildirərkən deyib.

R.T.Ərdoğan Fransada baş verən hadisədən təəssüfləndiyini və ölənlərin ailəsinə, yaxınlarına başsağlığı verdiyini, yaralılara isə şəfa dilədiyini bildirib.

O, Fransa və Almaniya milli futbol komandalarının oynadığı futbol zamanı baş verən partlayışın hər iki ölkənin xalqının sakitçiliyini və təhlükəsizliyini açıq şəkildə pozmağa yönəldiyini, əsas hədəfin bu olduğunu vurğulayıb: "Terror məsələsində təxminən 30 ildən çoxdur ki, mübarizə aparan ölkənin prezidenti olaraq deyə bilərəm ki, terrorun dini, milləti, irqi, vətəni yoxdur. Terrorizmin və terrorçunun hamısı pisdir".

R.T.Ərdoğan şəxsi "twitter" səhifəsində türk və fransız dilində Parisdəki terror hücumlarını qınadığını bildirib: "Fransada meydana gələn terror hücumlarını şiddətlə qınayır, Fransua Ollanda və fransız xalqına dərin hüznlə başsağlığımı çatdırıram". 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol