• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

London Rusiya təyyarəsini kimin partlatdığını açıqladı

London Rusiya təyyarəsini kimin partlatdığını açıqladı
16.11.2015 10:24
"Koqalımavia” aviaşirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb çox güman ki, "İslam Dövləti”dir (İŞİD).

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin press-relizində deyilir.

"Hökumət Misirdə iki həftə öncə Metrojetdə aviaqəza ucbatından aviasiya təhlükəsizliyinə öz yanaşmasını dəyişdirməyi planlayır, belə ki, biz təyyarənin bomba partlayışı nəticəsində qəzaya uğradığını hesab edirik və bunun arxasında "İslam Dövləti”nin durması ehtimalı böyükdür”, - sənəddə deyilir.

Dauninq-Stritdən verilən məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron bazar ertəsi avia-təhlükəsizlik məsələlərini Rusiya prezidenti Vladimir Putin və digər dünya liderləri ilə Türkiyədə G20 sammitində müzakirə etməyi düşünür.

Bundan başqa, press-relizdə qeyd edilənə görə, Böyük Britaniya hökuməti Parisdəki terror aktlarından sonra xüsusi xidmət orqanlarının maliyyələşdirilməsinin həcmini artırmaq və əməkdaşların sayını 15% artırmaq niyyətindədir. Təhlükəsizlik xidməti və MI5, MI6 kəşfiyyatı, eləcə də Böyük Britaniya XİN-in nəzdində Dövlət Rabitə İdarəsinin əməkdaşlarının sayı 1,9 min nəfər artırılacaq.   

Qeyd edək ki, oktyabr ayının 31-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan "Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi Misirdə Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub. Araşdırma aparılır.

Rusiya hakimiyyəti qəzanın əsas versiyası olmadığını bəyan etdikləri halda (belə ki, bütün variantlar nəzərdən keçirilir), KİV-də istintaq üzrə komissiyada olan müxtəlif mənbələrə, eləcə də bir sıra ölkələrin hökumətlərinə, o cümlədən də Böyük Britaniya hökumətinə istinadən təyyarənin qəzaya uğramasına səbəb kimi göyərtədə İŞİD və ya onunla əlaqədar olan təşkilatın yerləşdirdiyi bombanın partlaması göstərilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol