• $
  • £

Musiqili Teatrda Həsənağa Qurbanovun 60 illik yubileyi keçiriləcək

Musiqili Teatrda Həsənağa Qurbanovun 60 illik yubileyi keçiriləcək
20.11.2015 18:50

Azərbaycan Dövlət MusiqiliTeatrında 23 noyabr tarixində Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçiriləcək.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tanınmış musiqiçinin 60 illik yubileyinə həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Dövlət MusiqiliTeatrının təşkilatçılığı ilə baş tutacaq. Yubiley tədbirinin quruluşçu-rejissoru Azərbaycan Dövlət MusiqiliTeatrının gənc rejissoru Anar Sadıqovdur. "Həsənağa müəllimin yubileyi ilə bağlı çox maraqlı bir xatirə tədbiri keçirməyi planlaşdırırıq. Bu münasibətlə Musiqili Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks elətdirən fotolarından ibarət sərgi təşkil olunacaq. Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan "Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının "Mən sənətkar qızıyam” kitablarının təqdimatı olacaq. Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarxın nümayişi də nəzərdə tutulur. Xalq artistləri Zaur Rzayevin, Aygün Bayramovanın, Samir Cəfərovun, Əməkdar artistlər Ruhəngiz Musəvinin, İlqar Muradovun, Nuriyyə Hüseynovanın, "Dan ulduzu” instrumental ansamblının üzvləri Vüsalə Əsgərovanın, Rövşən Əzizin, Şəhla Həmidovanın və başqalarının ifaları yubiley mərasiminə xüsusi rəng qatacaq. Tədbirdə bir sıra mötəbər qonaqların, rəsmi şəxslərin iştirakı gözlənilir”, - deyə quruluşçu-rejissor A. Sadıqov bildirib.

Qeyd edək ki, 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət MusiqiliTeatrında aparıcı drijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, "Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. H. Qurbanov 2007-ci il 6 noyabr tarixində vəfat edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Mədəniyyət 10:20
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Mədəniyyət 09:18
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Mədəniyyət 07:01
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Mədəniyyət 06:01
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Mədəniyyət 05:44
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Mədəniyyət 05:09
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Mədəniyyət 03:17
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Mədəniyyət 01:43
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol