• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Argentinada yeni prezident seçildi

Argentinada yeni prezident seçildi
23.11.2015 11:46
Açıqlanan ilkin nəticələrə görə, səsvermədə iştirak edən seçiclərin 51,44 faizi müxalifət lideri Maurisio Makriyə səs verib

Argentinada keçirilən prezident seçkisində müxalifət lideri, "Respublikanın təklifi" Partiyasının namizədi Maurisio Makri qalib gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Argentinanın Milli Seçki Palatası məlumat yayıb.

Açıqlanan ikin nəticələrə görə, səsvermədə iştirak edən seçiclərin 51,44 faizi M.Makiyə səs verib.

Onun rəqibi hakim "Qələbə Cəbhəsi" Alyansının təmsilçisi Daniel Stsiol isə 48,56 faiz səs toplayıb.

Daniel Stsiol rəqibinin qələbə qazandığını etiraf edib: "Argentina xalqı Maurisio Makri özünə yeni prezidenti seçib. İndicə onu telefon vasitəsi ilə təbrik etdim".

Məlumata görə, prezident Fernandes de Kirşner noyabrın 24-də M.Makri ilə görüşərək, hakimiyyətin təhvil verilməsini müzakirə edəcək.

Maurisio Makri tərəfdarları qarşısında çıxış edərək, seçkinin nəticəsini belə dəyərləndirib: "Bu, bir dövrün dəyişməsidir". O, hakimiyyətdə olanlarla haqq-hesab çəkməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, prezident Fernandes de Kirşner (2007-2015) və əri Nestora Kirşner (2003 -2007) 12 il Argentinanı idarə edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol