• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İŞİD-i bombalayan Rusiya bombardmançıları Azərbaycandan keçib - VİDEO

İŞİD-i bombalayan Rusiya bombardmançıları Azərbaycandan keçib - VİDEO
23.11.2015 17:40
Suriyada İŞİD hədəflərini vuran Rusiya strateji bombardmançılarının Azərbaycanın hava məkanından keçdiyi təsdiqlənib.  

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiyanın ORT kanalı məlumat yayıb. Məlumata görə, Suriya bombardmanlarında iştirak edən strateji bombardmançılardan Tu-22M-3 təyyarələri Mozdokdan havaya qalxıb.  

Azərbaycan, İran və İraqın hava məkanından keçərək Suriyadakı hədəflərə tonlarla bomba atıb. Daha sonra eyni marşrutla bazaya geri dönüb.  

Səsdən iti uçan Tu-22M-3 bombardmançıları göstərilən marşrutla bir neçə dəfə reydlər həyata keçirib.   Bombardmanlarda iştirak edən Tu-160 və Tu-95M strateji bombardmançıları isə Qazaxıstan yaxınlığındakı Engels hava bazasından qalxıb, Qazaxıstanın hava məkanından, daha sonra Xəzər dənizinin üzərindən uçub.  

Təyyarələr İranın hava sahəsindən Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbə endirəndən sonra eyni marşrutla geri dönüb.   Ötən həftə sonu Rusiya həmçinin Murmansk yaxınlığındakı bazada dislokasiya olunmuş strateji aviasiyadan da Suriya bombardmanlarında istifadə edib.  

Bazadan qalxan Tu-160 bombardmançısı Finlandiya, Norveç, Böyük Britaniya, Fransa və İspaniyanın hava sərhədləri boyu uçub. Hibraltar boğazının üzərində havada yanacaq doldurub.

Yanacaqdolduran təyyarə-tanker Tu-160 bombardmançısına 20 metrə qədər yaxınlaşıb və havada yanacaq doldurulması həyata keçirilib.  

Strateji bombardmançılar Suriyadakı hədəflərə zərbə endirdikdən sonra İraq və İranın hava məkanından keçiblər, yenidən havada yanacaq doldurublar və ümumi uçuş məsafəsi 13  min kilometr olub.  

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin İŞİD-in Misirin Sina yarımadası üzərində Rusiya sərnişin təyyarəsini partlatması təsdiqlənəndən sonra strateji aviasiyanı Suriya əməliyyatlarına cəlb edib.

Habelə bombardmanlarda iştirak edən aviaqruplaşmanı gücləndirərək təyyarələrin sayını 69-a çatdırıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol