Prosineçki uroloji sistemindən əməliyyat olundu
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki əməliyyat olunub.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun "Report"a verdiyi məlumata görə, əməliyyat xorvatiyalı mütəxəssisin uroloji sistemindəki orqanlarından birində aparılıb.
Tibbi müdaxilə R.Prosineçkinin öz istəyilə Bakıdakı "Modern Hospital"da baş tutub. Federasiya rəsmisi bildirib ki, əməliyyat yenicə başa çatdığından, federasiya rəsmisi hazırda reanimasiyadadır.
Qeyd edək ki, Robert Prosineçkinin səhhətində bir müddətdir problem yaranmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox