• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Putin Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırdı

Putin Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırdı
25.11.2015 15:43
Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırıb. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Türkiyə rəhbərliyinin ölkəni islamlaşdırmaq siyasəti yürütdüyünü bildirib: "Problem dünən bizim yaşadığımız "Su-24" təyyarəsi ilə bağlı faciədə deyil, problem daha dərindir. Sizi əmin edirəm ki, bütün dünya və biz Türkiyə rəhbərliyinin uzun illər ərzində ölkəsinin islamlaşdırılması istiqamətində daxili siyasət həyata həyata keçirdiklərini müşahidə edirik. İslam böyük dünya dinidir, hansı ki, Rusiya Federasiyasının da ənənəvi dinlərindən biridir. Biz özümüz də islamı dəstəkləyirik və dəstəkləyəcəyik. Lakin burada söhbət radikal islam istiqamətinin dəstəklənməsindən gedir. Bu, öz-özlüyündə çox xoşagəlməz atmosfer yaradır”.
 
V. Putin Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Türkiyəyə getməməklə bağlı tövsiyəsini də dəstəkləyib: "Belə faciəvi hadisədən, təyyarəmizin vurulmasından və pilotumuzun həlak olmasından sonra nə etmək olar? Bu, məcburi tədbirdir. XİN vətəndaşları təhlükə barədə xəbərdar etməklə doğru addım atır”.
 
V. Putinin fikrincə, Türkiyədə olan Rusiya vətəndaşları böyük təhlükəyə məruz qala bilər: "Dünən baş verənlərdən sonra biz hansısa digər insidentlərin baş verəcəyini istisna edə bilmərik. Əgər bunlar baş versə, biz bu və ya digər formada reaksiya verməliyik”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol