• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ruhani: "Təyyarələr oyuncaq deyil"

Ruhani:
26.11.2015 11:58
İran prezidenti Həsən Ruhani Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulmasına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, İran lideri hər iki ölkəni soyuqqanlı olmağa çağıraraq, Türkiyə rəhbərliyinə təyyarə və raketlərin oyuncaq olmadığını vurğulayıb. Bundan əlavə, Ruhaninin fikrincə, "Su-24" təyyarəsində həlak olan pilotun günahkarını da Türkiyə höküməti tapmalı və cəzalandırmalıdır. 

"Türkiyə tərəfi deyir ki, Rusiyaya məxsus təyyarələr sərhədi keçdiyi üçün vurulub. Lakin, bu, sadəcə bir ehtimaldır. Türkiyə bunu sübut etməlidir. Ümumiyyətlə, Yaxın Şərqdə xaos hökm sürür. Bu da müxtəlif təhlükələrə gətirib çıxarır", - deyə İran prezidenti qeyd edib.

Həsən Ruhani hər iki ölkənin - Türkiyə və Rusiyanın İranın dostu olduğunu vurğulayaraq, aralarındakı münasibətlərin qarşısının alınması üçün ehtiyatlı tədbirlər görməyi məsləhət bilir. 

Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, bir halda ki, Türkiyə Amerika koalisiyasına daxildir, Türkiyənin qırıcı təyyarələri Rusiyanın təyyarələrini ABŞ-ın qərarı ilə vura bilər. Rusiya diplomatiyasının başçısı onu da əlavə edib ki, Türkiyə "Su-24"ü faktiki olaraq, Rusiya tərəfindən qadağan olunmuş ərazisində, yəni, İŞİD terror qruplaşması tərəfinə keçərək vurub. 

Məhv edilmiş təyyarənin sağ qalmış pilot Konstantin Muraxtin hadisənin təfərrüatından danışarkən deyib ki, Türkiyənin F-16 qırıcı təyyarəsi bizim idarə etdiyimiz Su-24-ə qəfil hücum edib və onların hansısa manevr etmək imkanları olmayıb.

Bir neçə gün öncə Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, "Su-24" təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. 

Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib. 

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatalar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxadan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib. 

Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə bu günə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib. 

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol