• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Nazirlik əhaliyə müraciət etdi

Nazirlik əhaliyə müraciət etdi
26.11.2015 17:20
 Qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, istehlakçıların maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi istehlak bazarında müsbət dəyişikliklərə nail olunmasında mühüm rol oynayır.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bu tədbirlərin tərkib hissəsi olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, habelə insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında neqativ halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədi ilə vətəndaş fəallığının artırılmasını, ictimai nəzarətin gücləndirilməsini, rast gəlinən qanun pozuntuları barədə dərhal aidiyyəti üzrə məlumat verilməsini vurğulamış, vətəndaş müraciətlərinə operativ və ədalətli baxılmasının təmin olunmasını dövlət orqanları qarşısında vəzifə kimi müəyyənləşdirib. Bununla əlaqədar olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi vətəndaşlara dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən baha satılması, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə bu təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə operativ tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012) 498-15-01/04 nömrəli telefonlarla məlumat vermələrini tövsiyə edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol