• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: "Rusiyanın bu hərəkəti təcavüz kimi qiymətləndiriləcək"

Ərdoğan:
27.11.2015 11:37
Türkiyənin hərbi təyyarəsi Suriya hava məkanında Rusiyanın "S-400" zenit-raket kompleksi tərəfindən vurularsa, Ankara bunu təcavüz kimi qiymətləndirəcək.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hərbi təyyarələrinin Suriya hava məkanına daxil olacağı təqdirdə  Rusiyanın orada yerləşdirdiyi "S-400" zenit-raket kompleksi tərəfindən vurulma ehtimalı barədə "CNN İnternational" müxbirinin sualına cavabında deyib. R. T. Ərdoğan belə insidenti mümkün hesab edib: "Bu, bizi tədbirlər görməyə məcbur edəcək. Belə məsələlər təbii ki, açıq müzakirə olunmur. Əlbəttə ki, belə bir addım bizim hüquqlarımıza və suverenliyimizə qarşı təcavüz olacaq və dövlətin öz hüquqlarını müdafiə etməsi təbiidir. Biz bölgədə gərginliyin artmasını istəmirik. Lakin Suriya rejiminin tərəfini tutub, gərginliyi artıranlar buna görə məsuliyyət daşıyır".  
 
Rusiyanın Suriyaya "S-400" kompleksi göndərməsini Türkiyə və ABŞ liderliyindəki digər koalisiya üzvlərinə təhlükə hesab edib-etmədiyi haqda sualı cavablandıran Türkiyə prezidenti Rusiyanın hərbi sahədə Suriyaya lap çoxdan - hələ Bəşər Əsədin atasının dövründən dəstək verdiyini xatırladıb: "Rusiya Suriyaya bu cür sistemlər satıb və ya verib. Bunun ötən il baş vermədiyini və yenilik olduğunu söyləmək mümkün deyil".




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol