• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Putin ABŞ koalisiyası ilə əməkdaşlığı davam etdirəcək

Putin ABŞ koalisiyası ilə əməkdaşlığı davam etdirəcək
27.11.2015 13:27


Rusiya Suriyada İslam Dövləti qruplaşmasına qarşı mübarizədə Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək.

Bununla yanaşı prezident Putin bəyan edib ki, Türkiyənin Rusiya təyyarəsini vurması kimi insident bir daha təkrar olunarsa, bu əməkdaşlıq təhlükə ilə üzləşə bilər.

Kremldə Fransa prezidenti Francois Hollande-la danışıqların ardınca çıxış edən Putin Türkiyəni bir daha tənqid edib və Su-24-ün vurulmasını "dost bildiyimiz ölkənin arxadan zərbəsi” adlandırıb.

Vladimir Putin deyib ki, Rusiya Fransa hərbiyyəsi ilə əməkdaşlığını gücləndirəcək və Parislə kəşfiyyat informasiyalarının mübadiləsini həyata keçirəcək.

Bir daha təkrar olunmamalıdır

"Biz ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə əməkdaşlıq etməyə hazırıq. Lakin əlbəttə, təyyarəmizin vurulması və hərbi qulluqçularımızın öldürülməsi kimi insidentlər yolverilməzdir” – deyib Rusiya prezidenti.

Putin deyib ki, Fransa prezidenti ilə hava zərbələrinə tutulan ərazilərin müəyyən edilməsi barədə danışqılar aparıb.

Prezident Putin bildirib ki, belə bir koordinasiya eyni işin təkrar edilməməsi və terrorla həqiqətən də mübarizə aparan qrupların vurulmaması üçün mühümdür.

Rusiya prezidenti deyib ki, Moskva Suriyadakı əməliyyatları barədə Vaşiqntonla məlumat mübadiləsi edir və Türkiyə tərəfindən vurulmuş təyyarə barədə də məlumatlar əvvəlcədən ABŞ-a ötürülmüşdü.

O Türkiyənin guya Rusiya təyyarəsini tanımadığı barədə iddialarını rədd edib. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol