• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

SOCAR prezidenti İranda

SOCAR prezidenti İranda
29.11.2015 16:30
 SOCAR prezidenti Rövnəq Abdullayev İranda səfərdə olub.

SOCAR-dan "Report"-a verilən məlumata görə, R.Abdulalyevin başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak edib.

Tədbirdə İranın neft naziri Bijən Namdar Zəngəne, İran Prezidentinin hüquqi məsələlər üzrə müavini xanım Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra konfransda İranın neft-qaz yataqlarının işlənilməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələləri ətrafında çıxışlar dinlənilib, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib.

SOCAR prezidenti İrana səfəri çərçivəsində həmçinin bu ölkənin neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

R. Abdullayev şirkətin Azərbaycan və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən, "Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlərdə İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb.
Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunmasının, münbit investisiya mühitinin təmin olması və s. məsələlər ətrafında fikir mübadiləsi olub.

SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən, əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri və s. sahələr üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib.
SOCAR prezidenti Rövnəq Abdullayev İrana səfəri çərçivəsində konfransda iştirak edən Malaziyanın "Petronas” şirkətinin prezidenti Datuk van Zulkiflee van Ariffin ilə də görüşüb. Görüşdə "Petronas” şirkətinin iştirakçı olduğu "Şahdəniz” layihəsi çərçivəsində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol