• $
  • £

Aygün Səmədzadə “Biri varmış, biri yoxmuş” dedi - Fotolar

Aygün Səmədzadə “Biri varmış, biri yoxmuş” dedi - Fotolar
02.12.2015 14:26
Dünən Heydər Əliyev Sarayında əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin "Biri varmış, biri yoxmuş” adlı yaradıcılıq gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, konsertdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, respublikanın bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Murad Arifin aparıcı olduğu gecədə A.Səmədzadə qonaqları salamlayaraq təşəkkür edib:

"Açılış üçün çıxış hazırlamamışam. Çünki uşaqlıqdan əzbər deyil, ürəyimdən gələnləri demişəm. Bu gün də illər ərzində ürəyimdən gələnləri, içimdə gəzdirdiyim hissləri, duyğuları təqdim edəcəyəm. Ümid edirəm, bu gecə konsertin adındakı nağıldan hər kəsə bir az pay düşər”.

A.Səmədzadə gecə boyu ifaçılarla bir yerdə səhnəyə çıxaraq bəstələrinin bəzilərini onlarla duet şəklində səsləndirib. Konsertdə bəstəkarın populyar mahnıları ilə yanaşı, simfonik əsərləri və xoreoqrafik kompozisiyaları da təqdim olunub. Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri gecəyə rəng qatıb.

Əməkdar incəsənət xadimi gecədə səslənən simfonik parçaların onun gələcək böyük əsərindən olduğunu deyib:

"Bu parçalar xalq yazıçısı Elçin Əfəndiyevin "Şekspir” əsərinə yazdığım baletdən hissələrdir”.

Yaradıcılıq günündə bəstəkarın mahnılarını xalq artistləri Brilliant Dadaşova, Nisə Qasımova, əməkdar artistlər Aygün Bəylər, İlqar Muradov, Eyyub Yaqubov, Lalə Məmmədova, müğənnilər Ayaz Qasımov, Elton Hüsəynəliyev, Vüsal Hacıyev, Leyla İdrisova, Nurlan Növrəsli səsləndirib. Onlar tamaşaçılara "Məktəb illəri", "Tut ağacı", "Bakı haqqında nağıl", "Bu dünyanı nağıl bilək", "Yağış, "Gecə valsı", "Darıxdım" və digər mahnıları təqdim ediblər.

Mərhum müğənni Elçin Cəlilovun qardaşının övladları – Orxan və Nigar Cəlilovlar ilk dəfə səhnəyə çıxıblar. Onlar da Aygün Səmədzadənin sevilən bəstələrindən səsləndiriblər.

Bəstəkar konsertin adıyla bağlı olan, sözləri Sevinc Çılğına aid "Biri varmış, biri yoxmuş” mahnısını özü səsləndirib:

"Məşq zamanı müğənnilər məndən bu mahnını istədilər. Amma çox istədiyimdən bu mahnını heç kimə verməyəcəyəm”.

Sonda bütün ifaçılar səhnəyə çıxaraq səbəbkarın "Azərbaycan” mahnısını oxuyublar. Konsert bu ifa və tamaşaçıların alqışları ilə bitib.
 




































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol