• $
  • £

“Dovşanın ad günü” hazırlanır - Fotolar

“Dovşanın ad günü” hazırlanır - Fotolar
04.12.2015 23:00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Uzun illər teatrın cari repertuarındakı ən maraqlı tamaşalardan biri olan "Dovşanın ad günü” əsaslı bərpa olunaraq yenidən repertuara daxil ediləcək.
 
Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir.  Tamaşada  mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq.
 
Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.
 
Tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən tamaşanın nə ilə nəticələnəcəyini bilmək istəyən bütün azyaşlı tamaşaçılarımızı repertuarımızı izləməyə dəvət edirik.
 
Məlumat üçün bildirək ki, yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa 2016-cı ilin yanvar ayının sonlarında məktəblilərin qış tətili ərəfəsində  nümayiş etdiriləcək.  
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol