• $
  • £

ABŞ-da “Əli və Nino” filminin premyerası olacaq - FOTOLAR

ABŞ-da “Əli və Nino” filminin premyerası olacaq - FOTOLAR
09.12.2015 10:26

2016-cı ilin yanvarında "Əli və Nino” filminin premyerası keçiriləcək.
 
Trend Heydər Əliyev Fonduna istinadən xəbər verir ki, yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək keçiriləcək ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq.

"Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

Qeyd edək ki, filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlamış və iyun ayınadək davam etmişdi. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

Filmin yaradıcı heyəti gözəl ssenari, beynəlxalq səviyyəli komanda, çəkiliş üçün çox gözəl məkanlar və güclü aktyor heyətinə əsaslanaraq bu ekran əsərinin böyük uğur əldə edəcəyinə ilk gündən əminliyini bildirmişdi.

Bu uğur ilk dəfə olaraq "Sundance" beynəlxalq film festivalında geniş ictimaiyyətə təqdim ediləcək. ABŞ-ın Yuta ştatının Park Siti şhərində təşkil olunacaq festival 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək.
 








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Eldar Mikayılzadənin
Mədəniyyət 18:08
Eldar Mikayılzadənin "Nağıllar aləmi" - FOTOLAR
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
Mədəniyyət 20:54
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Mədəniyyət 14:12
İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
Rəfael Dadaşovun şərəfinı
Mədəniyyət 14:40
Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
Mədəniyyət 20:42
Bakıda musiqi bayramı keçirildi - FOTOLAR
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
Mədəniyyət 22:06
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək - FOTOLAR
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Mədəniyyət 15:13
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Mədəniyyət 18:58
Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol