• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Qanunsuz toplantı, mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır

Qanunsuz toplantı, mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır
09.12.2015 15:00
Azərbaycanda qanunsuz toplantıların, mitinqlərin, yürüşlərin və s. təşkili ilə bağlı məsuliyyət nəzərdə tutan maddənin adı və şərtləri dəyişdirilir, cəzalar ağırlaşdırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu halları nəzərdə tutan maddə yeni İnzibati Xətalar Məcəlləsində yeni redaksiyada verilib.
 
Yeni məcəllədə "Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması” adlanan 512-ci maddədə deyilir ki, "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydasının pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 3 000 manatdan 6 000 manata qədər, hüquqi şəxslər 15 000 manatdan 60 000 manata qədər cərimə olunur".

Maddənin ikinci hissəsində isə deyilir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manata qədər cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saata qədər ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq edilir.
 
Maddənin "Qeyd” hissəsində isə bildirilir ki, yuxarıda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti tətbiq olunur.
 
Qeyd edək ki, göstərilən hallarla bağlı hazırda qüvvədə olan 298-ci maddə "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması” adlanır və qısa olaraq belə təsbit olunur: "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə, xəbərdarlıq edilir və ya 7 manatdan 13 manatadək miqdarda cərimə edilir".
 
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu halda mayın 1-dən qüvvəyə minəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Cəmiyyət 16:25
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Azərbaycanla Oman bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
Cəmiyyət 16:08
Azərbaycanla Oman bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib
Onlayn və çap media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
Cəmiyyət 15:46
Onlayn və çap media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır
Cəmiyyət 15:39
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır
Bəzi bölgələrə qar yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:04
Bəzi bölgələrə qar yağacaq - Xəbərdarlıq
Azərbaycanda mobil telefonlara aksiz vergisi tətbiq olunur
Cəmiyyət 14:53
Azərbaycanda mobil telefonlara aksiz vergisi tətbiq olunur
Azərbaycanda alkoqollu içkilərin aksiz dərəcələri artırılır
Cəmiyyət 14:27
Azərbaycanda alkoqollu içkilərin aksiz dərəcələri artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol