• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev Pekində Paytaxt Muzeyi ilə tanış oldu

İlham Əliyev Pekində Paytaxt Muzeyi ilə tanış oldu
10.12.2015 09:42
Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Paytaxt Muzeyi ilə tanış olub.

"Report" xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, Paytaxt Muzeyi Pekində incəsənət mərkəzi kimi də məşhurdur. Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb. Paytaxt Muzeyinin memarlıq-dizayn konsepsiyası insan və mədəniyyət irslərinin cəmiyyətə xidmət etməsinə əsaslanır, keçmişin və indiki dövrün, tarixin və müasirliyin, incəsənətin və təbiətin ahəngləşdirilmiş inteqrasiyasını əks etdirir.

Muzeydə Çin mədəniyyətinin müxtəlif dövrlərinə aid geniş kolleksiyalar nümayiş olunur. Bunların arasında Çin folkloruna, adət-ənənələrinə, həmçinin məişətinə aid eksponatlar maraq doğurur. Burada qədim farfor, bürünc, rəsm, heykəltəraşlıq nümunələrindən, bütpərəstlik abidələrindən ibarət böyük kolleksiya da var.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat olsa da, kolleksiyanın yalnız kiçik bir hissəsi nümayiş etdirilir. Muzeyin incəsənət kolleksiyasının böyük hissəsi Pekində yerin altından tapılmış artefaktlardan ibarətdir.

Muzeydə üç əsas bölmə var. Burada sərgilənən eksponatlar əsasən keçmiş dövrün kolleksiyalarına aiddir. Bütün sərgilərdə tarixi irsə aid 5622 ekponat nümayiş etdirilir. Muzeyin zalları ən müasir texnologiya ilə təchiz edilib.

Dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol