• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Azərkosmos”dan“Günəşli” çəkilişlər alınacaq

“Azərkosmos”dan“Günəşli” çəkilişlər alınacaq
11.12.2015 20:18
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar olaraq yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

SOCAR məlumat verir ki, iclasda Azərbaycan fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, habelə BP şirkətinin vitse-prezidenti Robert Vat və aidiyyəti üzrə mütəxəssislər iştirak ediblər.

İclasda mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələləri müzakirə olunub.

Bu məqsədlə havadan helikopter və sudan gəmilər vasitəsilə ərazi koordinatlarının müəyyən edilməsi və zəruri tədbirlər görülməsi üçün "Azərkosmos”dan ərazinin gündəlik çəkilişlərinin alınmasına qərar verilib. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədilə su səthinə xüsusi gəmilər vasitəsilə dağılmalara qarşı bonların düzülməsi nəzərdə tutulub.

Keçirilmiş iclasın nəticəsi olaraq bu gün səhər işçi qrupun üzvləri qəza yerinə uçaraq, helikopterdən əraziyə baxış keçiriblər. Uçuş zamanı qəza ərazisində neft dağılmaları müşahidə edilməyib. Qəza rayonunda mütəmadi müşahidə və tədqiqatlar aparılması üçün 1 ədəd monitorinq gəmisi və neft dağılmalarına qarşı müasir avadanlıqlarla təchiz edilmiş 6 digər gəmi əraziyə göndərilib. Xüsusi təchiz edilmiş bu gəmilər dağılma halları baş verərsə, neftin yığılması və utilizasiya məntəqələrinə çatdırılması üçün tam hazır vəziyyətə gətirilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol