• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu

Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu
15.12.2015 11:11
Bakı Ali Neft Məktəbində (BANM) müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP və Azərbaycanın neft - qaz sahəsində aparıcı şirkət olan SOCAR-ın strukturunda yaranmış Bakı Ali Neft Məktəbi (BANM) arasında strateji əhəmiyyət daşıyan müqavilə imzalanıb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rektor Elmar Qasımov bildirib ki, bu müqaviləyə əsasən, BANM SAP Universitetlər Alyansının üzvü olur. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesində gənc mütəxəssislərinə dünyanın aparıcı neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək.

"SAP-ın tətbiqi proqramları Fortune -500 siyahısına daxil olan bütün neft və qaz şirkətlərində, eləcə də, Azərbaycanın ÜDM-nin 50% təşkil edən SOCAR-da istifadə olunur. "Hal-hazırda dünya rəqəmsal iqtisadiyyat erasına qədəm qoyub və burada uğurlu mütəxəssis dedikdə qabaqcıl texnologiyalar və sənaye proqramları sahəsində geniş biliklərə sahib olan mütəxəssislər nəzərdə tutulacaq” – deyə, E. Qasımov əlavə edib.

SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer bildirib ki, dünyanın neft və qaz sənayesi üçün ən müsbət təcrübəyə çevrilən SAP tətbiqi proqramları Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatında istifadə olunur və SOCAR, Nobel Oil, Bos-shelf və başqa aparıcı şirkətlərə səmərəliliyin artması və dünyada təhlükəsizlik və davamlılıqla bağlı standartlara uyğun işgüzarlığın inkişafına yardım göstərir.

BANM-in professor - müəllim heyəti və tələbələri Ali Məktəbin tədris prosesi üçün nəzərdə tutulmuş SAP Tədris Mərkəzinin Akademik Nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanacaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənəcək və SAP texnologiyaları əsasında ən yeni layihələrini həyata keçirə biləcəklər. Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar.

Bu əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur.  

Məlumat üçün bildirək ki, 20 ildən artıdır, fəaliyyət göstərən SAP Universitetlər Alyansına dünyanın 90 ölkəsinin 2300 universiteti daxildir. Artıq 7 ölkədə (Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus və Rusiya) 82 universitet Universitetlər Alyansına üzvdür. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi bölgələrə qar yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:04
Bəzi bölgələrə qar yağacaq - Xəbərdarlıq
Azərbaycanda mobil telefonlara aksiz vergisi tətbiq olunur
Cəmiyyət 14:53
Azərbaycanda mobil telefonlara aksiz vergisi tətbiq olunur
Azərbaycanda alkoqollu içkilərin aksiz dərəcələri artırılır
Cəmiyyət 14:27
Azərbaycanda alkoqollu içkilərin aksiz dərəcələri artırılır
Zelenski Trampdan Ukraynaya 50 illik təhlükəsizlik zəmanəti istəyib
Cəmiyyət 13:49
Zelenski Trampdan Ukraynaya 50 illik təhlükəsizlik zəmanəti istəyib
Baş Prokurorluq: Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı cinayət hesab olunur
Cəmiyyət 13:29
Baş Prokurorluq: Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı cinayət hesab olunur
Sabunçuda 803 qutu pirotexniki vasitəni gizli şəkildə satmaq istəyən şəxs saxlanılıb
Cəmiyyət 12:54
Sabunçuda 803 qutu pirotexniki vasitəni gizli şəkildə satmaq istəyən şəxs saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub
Cəmiyyət 11:49
Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub
Sabiq prezidentdövlət mükafatlarından məhrum edilib
Cəmiyyət 11:36
Sabiq prezidentdövlət mükafatlarından məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol