• $
  • £

Bakının "İnter" klubuna tətbiq olunan cəza və cərimələr açıqlandı

Bakının
28.05.2020 21:20
Cərimə və xərclər qərar kluba göndərildikdən sonra 30 gün ərzində ödənməlidir

2015-16-cı il mövsümündə Azərbaycanı Avropa kuboklarında təmsil etmiş klublar UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarına əsasən monitorinqdən keçirilib. "Report"un məlumatına görə, monitorinq UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı (Club Financial Control Body) tərəfindən aparılıb. 

Müəyyən edilib ki, Bakının "İnter” klubu yuxarıda qeyd olunmuş qaydaların 66 və 66 bis saylı maddələrinin tələblərini yerinə yetirməyib və klubun əməkdaşlara vaxtı ötmüş borcları mövcuddur. Bunu nəzərə alaraq, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı dekabrın 10-da keçirilmiş iclasında aşağıdakı qərarları qəbul edib:

1. "İnter” növbəti 3 mövsüm ərzində (2016/17, 2017/18 və 2018/19) əldə etmiş idman nəticələrinə görə UEFA-nın klub yarışlarında iştirak etmək hüququ qazanarsa, 1 mövsüm ərzində bu hüquqdan məhrum olunur. Əgər klub 31 yanvar 2016-cı il tarixinədək yaranmış borcların ödənilməsini təsdiq edən sənədləri UEFA-ya təqdim edərsə, bu cəza qüvvədən düşür.

2. "İnter” 50,000 avro məbləğində cərimə olunur.

3. "İnter” bu işin aparılmasına sərf olunmuş 3,000 avro məbləğində vəsaiti ödəməlidir.

4. Qeyd olunmuş cərimə və xərclər qərar kluba göndərildikdən sonra 30 gün ərzində ödənməlidir.

5. Klub qərarla razı olmadığı halda, İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti ilə müraciət edə bilər.

Qeyd edək ki, məxfiliyi qorumaq məqsədilə klubun hansı futbolçulara borclu olduğu və borcun ümumi məbləği açıqlanmır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol