• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Günəşli" qurbanları arasında Rövnəq Abdullayevin yaxın qohumu da var imiş

18.12.2015 21:19
Dekabrın 4-də "Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın zamanı itkin düşən neftçilər arasında SOCAR prezidenti Rövnəq Abdullayevin xalası oğlu da var.

SOCAR-ın mətbuat xidmətindən bu faktı virtualaz.org saytına təsdiqləyiblər.

İtkin düşən neftçi, 43 yaşlı Əyyub Xəlil oğlu Əliyev uzun illər Dövlət Neft Şirkətində fəhlə işləyib. Faciə baş verən gün o da digər neftçilərlə birgə 10-cu özüldə iş növbəsində olub. Digər itkinlər kimi SOCAR prezidentinin yaxın qohumu Əyyub Əliyevi də xilas etmək mümkün olmayıb.

SOCAR prezidentinin doğma xalası oğlunun adi fəhlə kimi çalışması faktı Azərbaycan reallığında ilk baxışda təəccüb doğura bilər. Axı bu, həm də məmur təbəqəsinin mentalitetinə - adəti üzrə yaxınlarına və qohumlarına daha yaxşı karyera düzəltməyə üstünlük verən məmurların dünyagörüşünə uyğun gəlməyən haldır.

Lakin bu fakt SOCAR rəhbərliyini "neftçiləri aşkar ölümə göndərməkdə” ittiham edənlərə yaxşı cavabdır. Axı kim öz qohumunu aşkar ölümə göndərər?! Bəli, "Günəşli”də dəhşətli faciə baş verdi. Belə faciələrdən isə heç yerdə və heç kim sığortalanmayıb. Göründüyü kimi, elə SOCAR prezidentinin özü də...


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol