• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Vəkil “Qəbələ” futbol klubunu yanlış xəbər vermədə ittiham edir

Vəkil “Qəbələ” futbol klubunu yanlış xəbər vermədə ittiham edir
20.12.2015 12:29
Jurnalist Rasim Əliyevin  işi ilə bağlı zərəçəkən tərəfin vəkili "Qəbələ" futbol klubunun rəhbərliyini yanlış informasiya yayımlamaqda ittiham edir.

"Bu günlərdə "Qəbələ" futbol klubunun  vitse-prezidenti Fariz Nəcəfov  mətbuata açıqlamasında bildirib ki, Cavid Hüseynovun üstündən  jurnalist Rasim Əliyevin qətlində təşkilatçı olma ittihamı götürülüb. Halbuki Cavid Hüseynov istintaqa bu maddə ilə hec vaxt cəlb edilməyib. Çinayət işinin materiallarından da görünür ki ona belə ittiham irəli sürülməyib. Klub rəhbərliyinin belə açıqlama verməsi onun vəkillərlə zəif əlaqədə olması  və ya cəmiyyəti yanlış məlumatlandırmaq məqsədi  daşımasından xəbər verir", - deyə zərərçəkən tərəfi təmsil edən vəkil Əsabəli Müstafayev bildirib.

O ,həmçinin istintaq tərəfin hələ də bu açıqlamaya münasibət bildirməməsindən təəccübləndiyini də vurğulayıb.

Vəkilin sözlərinə görə, Cavid Hüseynov Cinayət məcəlləsinin "hazırlanan cinayət haqqında  bilib xəbər verməmək” və "baş vermiş cinayət haqqında xəbər verməmək " maddələri ilə ittiham olunur.

Klub rəhbərliyinin "ümid edirik ki, həbsdə olmasına səbəb olan maddə də məhkəmədən sonra götürüləcək və futbolçumuz geri dönəcək” ifadəsinə gəlincə isə vəkil bildrdi ki, bu artıq  məhkəmənin obyektiv aparılmayacağı ilə baglı şübhələr yaradır. " Klub rəhbərliyinin ifadələrində olan bu əminlik bizdə belə şübhə yaradır ki, onlar artıq hüquq mühafizə orqanları ilə müəyyən danışıqlar aparmağa cəhd edir və məhkəməyə təzyiq göztərməyə çalışırlar", -  deyə vəkil bildirib.

Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq başa çatıb. Jurnalistin işi ilə bağlı ölkənin tanınmış jurnalistləri və hüquq müdafiəçilərindən ibarət ictimai təhqiqat qrupu yaradılıb. Qrup üzvləri Cavid Hüseynovun işdə təşkilatçıkimi təqsirləndirilməsini və həkimlərin də istintaqa cəlb olunmasını tələb edirlər.
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol