• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Azərbaycanda dərmanların qiymətlərinə yenidən baxıla bilər

Azərbaycanda dərmanların qiymətlərinə yenidən baxıla bilər
21.12.2015 17:34
Azərbaycanda qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların siyahısına yenidən baxılmasına zərurət yaranacaq.
 
Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan dərman vasitələrinin 95 faizini xaricdən alır: "Onlar xaricdən dollarla alınır. Dolların da manata nisbəti dəyişdiyinə görə həmin dərmanların qiymətləri dəyişəcək. Buna görə də ya Tarif Şurası dollar-manat nisbətinə uyğun indeksasiya tətbiq etməklə qiymətlərə yenidən baxmalıdır, ya da qiymətlər sərbəst buraxılmalıdır. Çünki sahibkar onu bu qiymətə gətirə bilməyəcək”.

M.Quliyev hesab edir ki, dərmanların qiymətləri sərbəst şəkildə müəyyənləşdirilərsə, onda yalnız həyatı vacib dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənməlidir.

Deputatın fikrincə, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların qiymətlərinin hansı səviyyədə arta bilməsi dərmanların hansı ölkədən və dolların hansı məzənnəsi ilə alınmasından asılıdır.

M.Quliyev deyib ki, ölkədə səhiyyə xidmətlərinin bahalaşması gözlənilə bilər: "Amma bu, indi deyil, bir müddət sonra baş verə bilər. Manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi səhiyyə xidmətlərinin artması üçün əsas səbəb deyil. Müəyyən xidmətlərin, xəstəxanaların aldıqları avadanlıqların və materialların qiymətlərinin artması səhiyyə xidmətlərinin qiymətlərinə də təsir edəcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana ixrac artıb
İqtisadiyyat 15:58
Türkiyədən Azərbaycana ixrac artıb
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
İqtisadiyyat 15:17
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
Azerbaijan central bank keeps dollar rate unchanged
İqtisadiyyat 12:00
Azerbaijan central bank keeps dollar rate unchanged
Azərbaycanda istehlak xərcləri artıb
İqtisadiyyat 11:34
Azərbaycanda istehlak xərcləri artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
İqtisadiyyat 11:33
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:49
Qızılın qiyməti bahalaşıb
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
İqtisadiyyat 10:30
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir
İqtisadiyyat 09:43
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol