Vurulan Rusiya təyyarəsinin “qara qutu”sunu oxumaq mümkün olmadı
Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus "Su-24” hərbi təyyarəsinin "qara qutu”sunu oxumaq mümkün olmayıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, "qara qutu” o dərəcədə zədələnib ki, onun içərisindəki informasiyanı oxumaq qeyri-mümkündür. Belə ki, mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-ci çox ciddi şəkildə zədələnib.
Xatırladaq ki, bu yaxınlarda "qara qutu” Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə canlı yayında açılıb. Lakin açıldıqdan sonra qutunun zədələndiyi məlum olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər