• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident: “Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır”

Prezident: “Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır”
23.12.2015 15:00
"İdmançılarla görüşlərim artıq ənənəyə çevrilib. İdmanda uğurlarımız ildən-ilə artır, idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanır”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulması, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.
 
Dövlət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar, bunun 321-i qızıldır: "Bu da onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, gənclərimiz dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərirlər. Ölkədə həyata keçirilən düşünülmüş idman siyasəti gələcəkdə də yüksək pillələri fəth etməyə imkan yaradır ”.
 
Prezident İlham Əliyev bildirib ki, idmançılara dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərilir: "İdmançıların sosial problemlərinin həlli istiqamətində hər il tədbirlər görülür. Bu proses bundan sonra da davam etdiriləcək. Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bu fakt beynəlxalq idman qurumların rəhbərləri tərəfindən də təsdiqlənir. Ölkədə yeni idman bazaları yaradılır, təlim-məşq prosesi və federasiyaların işi yaxşı təşkil olunur. Hazırda Azərbaycanda 41 olimpiya-idman kompleksi var, 10 olimpiya-idman kompleksinin tikintisi davam etdirilir. Paytaxtımızda da güclü idman infrastrukturu yaradılır”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol