• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

FİFA-nın keçmiş vitse-prezidenti rüşvət aldığını etiraf edib

FİFA-nın keçmiş vitse-prezidenti rüşvət aldığını etiraf edib
26.12.2015 10:14
Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) sabiq prezidenti, FİFA-nın vitse-prezidenti uruqvaylı Euxenio Fiqeredo rüşvət aldığını və çirkli pulların yuyulması ilə məşğul olduğunu etiraf edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prokuror Xuan Qomes bildirib. Dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinən E.Fiqeredo dekabrın 24-də İsveçrədən Uruqvaya ekstradisiya olunub. Onu vətənində 2 ildən 15 ilədək həbs cəzası gözləyir. "1993-ci ildən etibarən, KONMEBOL-un icraiyyə komitəsinə üzv olduğu vaxtdan E.Fiqeredo böyük məbləğdə pul alıb. Daha sonra isə həmin pullar müxtəlif korrupsiya üsulları ilə yuyulub”, deyə X.Qomes qeyd edib.
 
 
83 yaşlı E.Fiqeredo mayın 27-də İsveçrənin Sürix şəhərində korrupsiyada şübhəli bilinərək saxlanılıb. Euxenio Fiqeredo 1997-2006-cı illərdə Uruqvay Futbol Assosiasiyasının, 2013-2014-cü illərdə KONMEBOL-un prezidenti, 2014-cü ildən FİFA-nın vitse-prezident olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol