• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​Rövnəq Abdullayev: "SOCAR Gürcüstan qarşısında bütün öhdəliklərini yerinə yetirir"

​Rövnəq Abdullayev:
14.01.2016 12:27
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan hakimiyyəti qarşısındakı bütün öhdəliklərini yerinə yetirir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın "Rustavi-2" telekanalına müsahibəsində bildirib.

R.Abdullayev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi komandası ilə danışıqların yaxşı keçdiyini bildirib.

"Gürcüstan hakimiyyətinə qəbul üçün təşəkkür edirəm. "SOCAR Georgia" layihəsi uğurlu işləyir. Biz Gürcüstan hakimiyyəti qarşısında olan bütün öhdəliklərimizi yerinə yetiririk. Neft və qazın qiyməti ilə əlaqədar çətinliklərə baxmayaraq, öhdəliklərimizi yerinə yetiririk. Danışıqlara gəlincə isə, o, əsasən bir neçə texniki problemlə bağlı idi. Energetika Nazirliyi ilə birgə işləyərək bütün məsələləri həll edə biləcəyik", - deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, dünən Tbilisidə SOCAR nümayəndələri və Gürcüstanın hökumət rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və digər rəsmilər iştirak ediblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol