• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Türkiyə superliqasında iki günlük baş məşqçi

Türkiyə superliqasında iki günlük baş məşqçi
14.01.2016 19:56
Türkiyə superliqa təmsilçisi "Mersin İdmanyurdu" klubunda növbəti baş məşqçi istefası gerçəkləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Nurullah Sağlamın komandadakı fəaliyyəti cəmi iki gün çəkib.

Klubla 1,5 illik müqavilə imzalayan Sağlam Türkiyə kubokunun qrup mərhələsində "Bucaspor"a məğlubiyyətdən (1:2) sonra istefa verib. Bu barədə açıqlama verən "Mersin İdmanyurdu"nun prezidenti Hüseyn Çalışkan deyib:

"Nurullah Sağlam oyundan sonra mənə "komanda doğru-düzgün məşq etməyib. Kimin əlindən tuturam tökülür" dedi. Ancaq istefa verəcəyi ilə bağlı heç nə söyləmədi. Bu barədə xəbəri internet saytlarının birindən öyrəndim. Klubun bazasından ayrılıb. Oteldə də yoxdur. Onun əlaqə yarada bilmirəm".

Qeyd edək ki, bu, cari mövsümdə "Mersin İdmanyurdu"nda 4-cü baş məşqçi istefası olub. Daha öncə Məsut Bakkal, Bülənt Qorxmaz və Hakan Kutlu ilə problem yaşayan superliqa təmsilçisinin bu dəfə kimi baş məşqçi vəzifəsinə gətirəcəyi maraqla gözlənilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol