• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

ADU-da “Qanlı Yanvar” bədii filmi nümayiş olundu - Fotolar

ADU-da “Qanlı Yanvar” bədii filmi nümayiş olundu - Fotolar
14.01.2016 20:11

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə müvafiq olaraq universitetin İctimaiyyətlə əlaqələr Departamentinin və ANS Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə"ANS Müstəqil Yayım və Media Şirkəti”nin sifarişi, eyni zamanda adıçəkilən şirkətin prezidenti Vahid Mustafayevin rejissorluğu və ssenarisi əsasında istehsal olunan "Qanlı Yanvar” bədii filminin nümayişi keçirilib.
 
Azərbaycanın ən yeni tarixinin şanlı məqamlarını əks etdirən bədii filmdə 1990-cı ilin 20 Yanvar günü baş verən faciəli hadisələr bir azərbaycanlı ailəsinin - Nərimanovlar ailəsinin timsalında təcəssüm olunub. Azərbaycan xalqının öz milli azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin bariz nümunəsi olan filmdə, eyni zamanda Vətən, ana və ailə məhəbbətlərinin qarşılaşdırıldığının da şahidi oluruq.
 
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi film nümayişindən sonra çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov film haqqında danışarkən ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandığını söylədi. O, qan bahasına və itkilər hesabına qazanılan, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi olan müstəqilliyin gənc nəsillər tərəfindən qorunub saxlanılmasının vacibliyindən bəhs etdi. Daha sonra Azərbaycan xalqının qan yaddaşında unudulmaz iz buraxan hadisənin mavi ekrana gətirilməsinin və onun dünya ictimaiyyətinə çatdırılmasının təqdirəlayiq olduğunu söyləyən professor Dünyamin Yunusov filmin ərsəyə gəlməsində Vahid Mustafayev başda olmaqla əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
 
Sonra Azərbaycan Dillər Universiteti ilə fəal əməkdaşlığa, universitet haqqında dolğun, müntəzəm və obyektiv məlumatların yayımlanmasına, təhsilin və elmin inkişafına göstərdiyi xidmətlərə görə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev universitet tərəfindən Fəxri Fərmanla təltif olunub.
 
ADU-da olmaqdan məmnunluqlarını dilə gətirən bədii filmin baş rol ifaçıları – Faiq Mirzəyev və Tamilla Həmidova filmin gənclərin milli vətənpərvəlik ruhunda formalaşmasında mühüm rol oynayacağını söylədilər. Onlar, universitet rəhbərliyi tərəfindən Vahid Mustafayevin Fəxri Fərmanla təltif olunmasına görə professor Dünyamin Yunusova minnətdarlıqlarını bildiriblər.
 
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
 
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov Naxçıvanda - FOTOLAR
Cəmiyyət 10:07
Zakir Həsənov Naxçıvanda - FOTOLAR
ADU-da
Cəmiyyət 09:56
ADU-da "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir - Fotolar
Bakıda yaşayış binası yandı - FOTOLAR
Cəmiyyət 09:18
Bakıda yaşayış binası yandı - FOTOLAR
Kəmaləddin Heydərov və Elçin Quliyev “Günəşli” yatağında - Fotolar
Cəmiyyət 07:48
Kəmaləddin Heydərov və Elçin Quliyev “Günəşli” yatağında - Fotolar
​İki minə yaxın insan Azərbaycan-Rusiya sərhədində qalıb - Fotolar
Cəmiyyət 04:15
​İki minə yaxın insan Azərbaycan-Rusiya sərhədində qalıb - Fotolar
Bakı-Sumqayıt yolunda hərəkət çətinləşdi – FOTOLAR
Cəmiyyət 04:03
Bakı-Sumqayıt yolunda hərəkət çətinləşdi – FOTOLAR
Şəhidlər Xiyabanında aparılan işləri yekunlaşdı - Fotolar
Cəmiyyət 01:35
Şəhidlər Xiyabanında aparılan işləri yekunlaşdı - Fotolar
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir
Cəmiyyət 00:17
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir
«Bakı Metropoliteni» QSC-də Xocalı soyqırımı qurbanları yad edildi - FOTOLAR
Cəmiyyət 22:53
«Bakı Metropoliteni» QSC-də Xocalı soyqırımı qurbanları yad edildi - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol