• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“ASAN Xidmət”in səlahiyyətləri artırıldı

“ASAN Xidmət”in səlahiyyətləri artırıldı
15.01.2016 17:00
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət”) "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi haqqında Əsasnamə”də dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliklər Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin vəzifə və hüquqlarının, hüquqi aktların ekspertizası sahəsində səlahiyyətinin artırılması ilə bağlıdır.
 
Dəyişikliyə əsasən, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması və təkmilləşdirilməsində iştirak etmək, həmçinin qanunvericiliyə uyğun aparılmasını təmin  etmək Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin vəzifələri sırasına daxil edilib. Agentliyinin Hüquqi təminat şöbəsi Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək, görülən işlər barədə arayışlar, hesabatlar almaq, sorğular verilməsini təklif etmək hüququ da qazanıb. Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak etmək isə Hüquqi təminat şöbəsinin tərkibində Hüquqi aktların ekspertizası sektorunun funksiyaları sırasına daxil edilib.
 
Dövlət Agentliyinin qərarı ilə "Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsi haqqında Əsasnamə”yə də dəyişiklik edilib.  Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin vəzifələri sırasına dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması, aparılması və təkmilləşdirilməsində iştirak etmək əlavə olunub. Şöbənin tərkibində İnformasiya resursları və proqramlaşdırma sektoru isə bundan sonra dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak edə biləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ləğv olunan dörd bankda qorunan əmanətlərin həcmi açıqlandı
İqtisadiyyat 01:02
Ləğv olunan dörd bankda qorunan əmanətlərin həcmi açıqlandı
Azərbaycan 37-ci oldu - Dünya reytinqi
İqtisadiyyat 09:20
Azərbaycan 37-ci oldu - Dünya reytinqi
SOCAR: Benzinin qiyməti sabit qalacaq
İqtisadiyyat 15:12
SOCAR: Benzinin qiyməti sabit qalacaq
Pensiyaların verilmə tarixi AÇIQLANDI
İqtisadiyyat 11:44
Pensiyaların verilmə tarixi AÇIQLANDI
Prezident 12 milyon manat ayırdı
İqtisadiyyat 19:03
Prezident 12 milyon manat ayırdı
Hansı növ kreditlərin hansı şərtlərlə veriləcəyi açıqlandı
İqtisadiyyat 19:55
Hansı növ kreditlərin hansı şərtlərlə veriləcəyi açıqlandı
2015-ci il büdcəsinin gəlirlərində 10%-lik kəsr yaranıb
İqtisadiyyat 18:26
2015-ci il büdcəsinin gəlirlərində 10%-lik kəsr yaranıb
Azərbaycanda bu tariflər artırıldı
İqtisadiyyat 19:39
Azərbaycanda bu tariflər artırıldı
SOCAR nümayəndəsi:
İqtisadiyyat 15:47
SOCAR nümayəndəsi: "Aktiv işlərə, layihələrə pulların xərclənməsi hələlik dayandırılıb"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol