• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Nazir: Nardaranda kriminogen durum tam nəzarətdədir

Nazir: Nardaranda kriminogen durum tam nəzarətdədir
18.01.2016 11:50
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 17-də Sabunçu Rayon Polis İdarəsində Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər, prokurorluq və dövlət təhlükəsizlik orqanları əməkdaşları tərəfindən qəsəbədə ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlərindən danışan nazir R.Usubov, ölkəmizin hər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərə də toxunan nazir göstərilən istiqamətlərdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Bir daha qəsəbə sakinlərinin nəzərinə çatdırılıb ki, bu gün Nardaranda aparılan abadlıq-quruculuq işləri, eləcə də dövlət orqanlarının yerli qurumlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altındadır.

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Eldar Quliyev və rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək qəsəbədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Qəsəbə ictimaiyyəti adından orta məktəb direktoru Ağası Orucov, sakin Tofiq Həsənov və başqaları çıxış edərək nardaranlılara göstərilən ali diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər və xüsusi olaraq vurğulayıblar ki, artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb, şagirdlər təhsilə cəlb olunublar.

Daxili işlər naziri R.Usubov görüşdə ictimaiyyət nümayəndələri tərəfindən qaldırılan bəzi problemlərin də həll olunması üçün digər dövlət qurumları ilə birlikdə müvafiq işlərin görüləcəyini bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol