• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bu QHT-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Bu QHT-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək
19.01.2016 14:30
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bundan sonra layihələrin icrası ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməyən QHT-lər haqqında cinayət işinin açılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır.
 
APA-nın məlumatına görə, bunu Şuranın sədri Azay Quliyev deyib. O bildirib ki, Şuranın məqsədi QHT-lərin problemlərini həll etmək, onlara yardım etməkdir: "Amma QHT-lər də anlamalıdırlar ki,  biz bu qədər güzəştlər ediriksə, bu, o demək deyil ki, güzəştlər davamlı olacaq. QHT-lər də öz  məsuliyyətlərini dərk etməlidirlər. Şuranın QHT-lərdən yeganə istəyi müqavilə öhdəliklərinin dürüst icra edilməsidir. Əgər QHT bir layihənin icrasını nəzərdə tutubsa, bunun üçün öhdəlik götürübsə, bunu qüsursuz şəkildə yerinə yetirməlidir. Yoxsa bizi incitmək, hesabatlılığı gecikdirmək, yaxud hesabatlarda kifayət qədər qüsurlara yol verməyə dözə bilmərik. Bununla bağlı müvafiq qərarlar qəbul etmişik və bunu da QHT-lərə açıq şəkildə deyirik”.   
 
A. Quliyev qeyd edib ki, əgər Şuranın bu cür xəbərdarlıqlarından kimsə nəticə çıxarmasa, müqavilə öhdəliklərini açıq-aşkar şəkildə pozmağa davam etsə, Şura bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol