Prezident sosial müavinətlərin məbləğini artırdı
Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.
Əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli fərmanla müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
www.ann.az
Son xəbərlər
Daha çox